Hərbi attaşelər “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən,
xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri
Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini
ziyarət ediblər.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, hərbi attaşelərə müəssisənin fəaliyyəti və
istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib.

Nümayəndələr müəssisədə istehsal olunan hərbi təyinatlı
məmulatların hazırlanma prosesini izləyiblər. Bildirilib ki,
müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə
nümayiş etdirilməklə yanaşı, ixracı da həyata keçirilir.

Qonaqlar burada, həmçinin istehsal olunan hərbi təyinatlı
məmulatlarla bağlı sərgiylə tanış olublar.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Sonda xatirə şəkili çəkdirilib.

Teqlər: