“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb (FOTO/VİDEO)

Martın 13-də “N” hərbi hissəsində Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün fəaliyyət planına əsasən, 13-cü “Hərbi aşpaz hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, buraxılış mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi qaydası, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.

Teqlər: