Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Novruz Eldəniz oğlu Niftəliyev Qəbələdə dəfn olunub.
AzerTimes Report-a istinadən xəbər verir ki, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Daha sonra 19 yaşlı Novruz Niftəliyev Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.