Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Namiz oğlu Hüseynovun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Bu barədə AzerTimes-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.