Hərbçilərin pensiyası ilə bağlı yeni qərar

Hərbçilərin pensiyası ilə bağlı yeni qərar

“Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına dəyişiklik edilib.

AzerTimes xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, siyahıda Azərbaycan Respublikasının Hərbi Komissarlıqları (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt mövcud olmayan hərbi xidmət vəzifəsi) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Mövcud hərbi xidmət vəzifəsi) yeni redaksiyada verilib.

Yeni siyahı ilə tanış olmaq üçün linkə daxil olun.

Teqlər: