Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının
99-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı ilə yaradılmış Milli Müdafiə Universitetinin
Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının və Hərbi Hava
Qüvvələrinin hərbi qulluqçularından ibarət nümayəndə heyətinin
iştirakı ilə təşkil olunan “Ulu Öndər” adlı ekspedisiya uğurla başa
çatıb.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə alpinistlər Fəxri xiyabanda
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək gül
dəstələri qoyublar.
Ekspedisiya üzvləri təyin olunmuş marşrut üzrə “Heydər
zirvəsi”nə yürüş ediblər.
Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz
səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə
qalxan alpinistlər Ümummilli Liderin barelyefi önündə onun əziz
xatirəsini dərin hörmət və ehtiramla yad edib, burada Azərbaycan
Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.