

Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X hesabında paylaşım edilib.
Görüntülərdə təlim iştirakçılarının qarlı və dağlıq ərazilərdə yerinə yetirdiyi çətin tapşırıqlar əks olunur.
Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçi təlimlərdə iştirak edir.