Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES-2024” çoxmillətli təlimi davam edir.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.
“EFES-2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.