Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku”, o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi” (İran) müsabiqələrində də iştirak edəcəklər.