Hərbçilərimiz NATO ekspertləri ilə görüşdü

Hərbçilərimiz NATO ekspertləri ilə görüşdü

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə qonaqları salamlayaraq Azərbaycan və NATO arasında əlaqələrin inkişaf etdiyini, eləcə də Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda ikitərəfli əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər: