Hərbçilərimiz İranda növbəti tapşırıqları icra etdi

Hərbçilərimiz İranda növbəti tapşırıqları icra etdi

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən komandalar ikinci mərhələnin növbəti çalışmalarını yerinə yetiriblər.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq snayper cütlükləri əvvəlcə 25 metrədək məsafədə yerləşən hədəflərə tapançadan, daha sonra 800 metr məsafədə yerləşən xüsusi hədəflərə snayper tüfənglərindən atəş açıblar.

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən müsabiqədə növbəti çalışma zamanı hərbi qulluqçularımız 200-300 metr məsafədə yerləşən üç hədəfi məhv edərək qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Teqlər: