Hərbçilərimiz Gürcüstanda təlimlərə qatılacaq

Hərbçilərimiz Gürcüstanda təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

İki min dörd yüz nəfərdən çox hərbçinin qatıldığı təlimlər “Noble Partner 2022” (“Layiqli partnyor 2022”) adı altında baş tutacaq.

Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır.

Nazirlikdən bildirilib ki, hərbi təlimlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək.

Təlimlərin başlama tarixi açıqlanmayıb.

Hərbi təlimlər Gürcüstanda altıncı dəfə keçiriləcək. Qeyd edək ki, təlimlər ilk dəfə 2015-ci ildə keçirilib.

Teqlər: