Hərbçilər prezidenti girov götürdü?

Hərbçilər prezidenti girov götürdü?

Niger Prezident Qvardiyasının bir qrup əsgəri paytaxt Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binasını bloklayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, yaşayış sahəsi də bağlanıb:

“Bununla belə, prezident iqamətgahının yerləşdiyi paytaxt ərazisində hərbi texnika yoxdur. Şəhərdə atışma eşidilməyib”, – məlumatda deyilir.

Qeyd olunur ki, bəzi mənbələrə əsasən, Prezident Məhəmməd Bazum üsyançıların əlindədir, onların sayı məlum deyil:

“Prezidentə yaxın başqa bir mənbə isə iddia edir ki, Bazum təhlükəsizlikdədir. O, hazırda hərbçilərlə danışıqlar aparır”.

Teqlər: