Hərarəti 37-dən yuxarı olanlar məktəbə buraxılmayacaq – RƏSMİ

Xəbər - Elçin Mehdiyev – Trend:

Məktəbə daxil olanların hərarəti ölçüləcək, ondan sonra dezinfeksiya işləri aparılacaq. Əgər şagirdin və ya müəllimin bədən hərarəti 37 dərəcədən yuxarı olarsa, məktəbə buraxılmayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində deyib.

R.Ağayev bildirib ki, dərs vaxtı hərati qalxan olarsa, hər bir məktəbdə hazırlanan izolyasiya otaqlarına yerləşdiriləcək və aidiyyatı üzrə məlumat veriləcək.


Teqlər: