Ukrayna Rusiya ərazisidir.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
“Sizə söz verirəm, biz onlara (Ukrayna qoşunlarına – red.) hər gün hücum edəcəyik. Bizim ərazimiz Zaporojye, Xerson deyil, Odessa, Kiyev, Xarkovdur, Ukrayna bütünlüklə Rusiya ərazisidir. Müdafiə olunmaq deyil, hər yerdə hücum etmək barədə qərar qəbul etmişik. Belə də olacaq”, – deyə Kadırov bildirib.