Xəbər - Humay Ağacanova – Trend:
Ölkəmizdə hər yeni doğulan 5000 uşaqdan birində kistoz-fibroz
xəstəliyinə rast gəlinir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin (SN)
mütəxəssis-eksperti Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, ildə təxminən yeni xəstə sayı 30-a yaxın
olur.
“Hazırda bildiyimiz xəstə sayı 50 nəfərdir. Onlardan da bəziləri
vəfat edib”,- deyə o bildirib.