Avtomobil şinləri heç də standart və eyni keyfiyyətdə deyil. Hər şinin öz sürət həddi var.
AzerTimes xəbər verir ki, şinin üzərindəki rəqəmlər və hərflər onların istehsal tarixini və maksimal hansı sürətə qədər dözümlü olduğunu göstərir.
Məsələn, təkərin üzərində “1424” rəqəmi varsa, bu, həmin şinin 2024-cü ilin 14-cü həftəsində istehsal edildiyini göstərir. Təkər istehsal tarixindən sonra maksimum 3 il istifadə edilə bilər.
Hərflər isə şinin hansı maksimal sürət üçün hesablandığını əks etdirir :
L – 120 km/s
M – 130 km/s
N – 140 km/s
P – 150 km/s
Q – 160 km/s
R – 170 km/s
S – 180 km/s
T – 190 km/s
H – 210 km/s
V – 240 km/s
W – 270 km/s
Y – 300 km/s.
Bu qeydləri bilmək və ona əməl etmək vacibdir. Çünki nəzərdə tutulan sürət həddinin keçilməsi halında həmin şinlərin partlaması mümkündür ki, bu da böyük qəzalara səbəb ola bilər.