Hazırda Ukraynada çox populyar mövzu qələbə üçün universal “reseptlər”in (silahlar) axtarışıdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun III diversiya-hücum briqadasının komandirinin müavini Maksim Jorin deyib.
Onun sözlərinə görə, bunlar bir vaxtlar F-16-lar idi, indi uzaqmənzilli raketlərdir:
“Bir daha vurğulamaq istəyirəm: hər şeyi həll edəcək super silah yoxdur.
Sadəcə olaraq müasir silahlar var ki, onlar kompleks götürülsə, yaxşı nəticələr əldə etməyə kömək edəcək.
Təyyarələr, raketlər, tank əleyhinə silahlar, artilleriya hadisələrin gedişatına təsir edir və bizə kömək edir. Ancaq heç bir silah qeyri-adi sehrli keyfiyyətlə təsvir edilməməlidir.
Yalnız ukraynalılar hər şeyə qərar verə və müharibəni dayandıra bilər-uzaqmənzilli raketlərlə və ya raketlərsiz”.