Hər şeyi edəcəyik ki, İran… – Makron

Hər şeyi edəcəyik ki, İran… – Makron

İranın İsrailə hücumundan sonra Tehrana təzyiqlərin artırılması zəruridir.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“İranı təcrid etmək və sanksiyaları gücləndirmək lazımdır. Fransa münaqişənin eskalasiyasının qarşısını almaq üçün işləmək niyyətindədir. Onun böyümə ehtimalı hamımızı narahat edir. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”, – o bildirib.

Həmçinin Makron ölkəsinin İordaniyanın tələbi ilə İran raketlərini ələ keçirməyə kömək etdiyini vurğulayıb.

Teqlər: