Hər bir qadın barmaq izi qədər təkrarolunmazdır. “Beynəlxalq Qadınlar Günü” ərəfəsində onların unikallığının yalnız sözlərlə məhdud olmadığını göstərmək vaxtıdır. Necə? Bu dəfəki 8 mart hədiyyə bələdçiniz ətrafınızdakı xanımlar üçün unikal hobbi və maraqlarını əks etdirən hədiyyələr seçməyinizdə kompasınız olacaq.
Elə isə kompasın istiqaməti üzrə yola çıxaq…
Texnologiya sevərlər: Zamanın axarından bir dəqiqə belə geri qalmayan “rəqəmsal” xanımlar hər yenilikdən xəbərdardır. Onların telefonda keçən həyatını rahatlaşdıran hədiyyəyə nə deyirsiniz? Bunun üçün sizə 256 GB yaddaşlı Samsung Galaxy A25 smartfonu almaq lazımdır. İncə rəng tonu və funksionallığı ilə seçilən bu model onların sevincinə səbəb olacaq. Rəqəmsal hədiyyə demişkən, HUAWEI smart saatından kənar keçmək olmaz. Amoled display sistemi, 14 günədək işləmə müddəti olan bu model onları rahatlığa bir addım da yaxınlaşdıracaq.
Gözəllik ikonaları: “Dünyanı gözəllik xilas edəcək” deyən Dostoyevskini dinləməyin zamanıdır. Gözəllik naminə hər cür qurban verən xanımlara ROWENTA Power straight daraqlı feni ilə saçlarını hədiyyə edin. İon generatoru xüsusiyyəti ilə saçların elektriklənməsinin qarşısını alan bu model ilə onların dərdinə dərman olacaqsınız.
Kulinariya kraliçaları: Dünyada elmə məlum 7 möcüzə var. Təbii ki, xanımların mətbəxdə yaratdığı möcüzələri hesaba qatmasaq. Bu dadlı səyahətdə onlara etibarlı yoldaş köməyi heç də pis olmazdı. Yox, yox, söhbət canlı yoldaşdan getmir. Namizədimiz kulinariya sehri olan Tefal fritozdur. 6,5 litr tutumu olan, az sərfiyyatlı bu vasitə qadınlar üçün həm rahatlıq, həm də ləzzəti eyni anda vəd edir.
Estetika aşiqləri: Deyirlər, baxmaq başqadır, görmək başqa. Görməyi bacaran xanımlar olduğu yeri zövq ziyarətgahına çevirir. Məhz buna görə olduqca zərif və gözoxşayan süfrə modelini əldə edə bilərsiniz. Villur parça və güpür detalları ilə minimalizm yaradan bu hədiyyə seçimi ilə siz nəinki gözlərə, həm də qəlbə xitab edəcəksiniz.
Odur ki, bu və digər yüzlərlə hədiyyə seçimi ilə sevindirən şəbəkəmiz olan “Kontakt”da tanış ola bilərsiniz. Qeyd edək ki, martın 10-a kimi şəbəkənin mağazalarında nağd alışda 50%-dək endirim, hissəli alışda isə “indi al, 3 ay sonra ödə” kampaniyası aktivdir. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin sosial media səhifələrinə müraciət edə bilərsiniz.