

Vaşinqton administrasiyası həm Çin, həm də digər tərəflər, o cümlədən AB ölkələri ilə ədalətli ticarət sazişləri bağlamağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Hər kəslə sövdələşmə etmək olar. Çinlə müqavilə bağlanacaq. Hər kəslə sövdələşmələr əldə olunacaq. Bunlar ədalətli sövdələşmələr olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ 75-dən çox ölkəyə ticarət rüsumlarını 90 gün müddətinə dayandırıb.