Hər kəs çəkilsin qırağa, İrəvanla danışaq – Aqil Abbas

Hər kəs çəkilsin qırağa, İrəvanla danışaq – Aqil Abbas

Artıq neçə gündür ki, ermənilər tərəfindən atəşkəs pozulur. Sülh məsələsi gündəmə gələndən təxribata əl atırlar. Nə etsələr, layiqli cavablarını alacaqlar.

Bu sözləri AzerTimes-a açıqlamasında milət vəkili Aqil Abbas ermənilərin növbəti təxribatı haqda danışarkən deyib.

O, ümumiyyətlə Ermənistan adlı dövlətin olmadığını bildirib:

“Dövlət olsa idi, nəsə demək olardı. Ermənistan başqa ölkələr tərəfindən idarə olunur. Əvvəl də deyirdim ki, hər kəs çəkilsin qırağa, biz özümüz Ermənistanla danışıqlarımızı aparaq. Görün o zaman necə olacaq. Hər kəs çəkilən kimi igidlərimiz Qarabağı erməni işğalından azad etdi. İndi də Fransanın, Amerikanın, o cümlədən də Rusiyanın barmağı ermənilərin “quyruğu”nun altındadır. Onlar Ermənistana imkan vermirlər ki, saziş imzalasın.

Düzdür, heç kim övlad acısı yaşamaq istəməz. Düşmənin də anası fəryad edir. Amma Prezidentin də dediyi kimi, adama deyərlər, sənin oğlunun Azərbaycan torpaqlarında nə işi var ki, ölsün də.

Bir-iki dəfə də belə təxribatlara əl atsalar, o zaman artıq “Dəmir yumruq” heykəlini Zəngəzurda da ucaldacayıq – hələ İrəvanı demirəm. Ermənilər istəsələr də, istəməsələr də, biz onları sülhə məcbur edəcəyik”, – deputat deyib.

Teqlər: