Hər il 8 milyondan çox insan tütün tüstüsündən ölür

Xəbər - Samir Əli – Trend:

Tütün vaxtından əvvəl ölüm, xəstəlik və əlillik hallarının qarşısı alına bilən əsas səbəbidir.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev deyib.

Onun sözlərinə görə, bu gün tütün dünyada böyüklər arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün risk amilidir:

“Hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan ikincili tüstüsü ilə nəfəs alan tütünçəkməyən insandır”.

T.Musayev bildirib ki, siqaret çəkənlərin çoxu bu vərdişdən imtina etmək arzusundadır, onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər:

“Ona görə də bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb”.

Teqlər: