Hər il 700 mindən çox insan intihar etməklə həyatına son qoyur.
AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.
“İntihar ciddi ictimai sağlamlıq problemidir. Hər il 700 mindən çox insan öz həyatına son qoyur. Bu, 15-29 yaşlı insanlar arasında dördüncü ölüm səbəbidir. Hər bir insan itkisi təkcə özlüyündə faciəvi deyil, həm də ailələr və bütün cəmiyyət üçün də dərin və dağıdıcı nəticələrə malikdir”, – bəyanatda deyilir.
Bildirilir ki, intiharlar çoxsaylı, mürəkkəb və kəsişən sosial, iqtisadi, mədəni və psixoloji amillər və problemlərlə əlaqələndirilə bilər.