Ukraynadakı münaqişə diplomatiya yolu ilə bitməlidir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
“Bu müharibə bir çox münaqişələr kimi danışıqlar yolu ilə başa çatmalıdır, rusların və ukraynalıların danışıqlar masası arxasına oturmasının vaxtıdır”, – Milli söyləyib.
Milli vurğulayıb ki, ABŞ, Ukrayna rəhbərliyi və əksər Avropa liderləri danışıqlar yolu ilə hərbi əməliyyatların dayandırılması barədə danışıblar.
Onun sözlərinə görə, artıq hər iki tərəf ciddi itkilər verib.