Hər həftə Ukrayana silah göndərəcəyik – Pentaqon

Hər həftə Ukrayana silah göndərəcəyik – Pentaqon

ABŞ Müdafiə Nazirliyi Ukraynaya hər həftə silah göndərəcək.

AzerTimes xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx deyib.

Onun sözlərinə görə, həftəlik tədarüklər Bayden administrasiyası getməzdən əvvəl Ukraynaya qalan 7,1 milyard dollar yardımın çatdırılmasına kömək etmək məqsədi daşıyır.

Sinq əlavə edib ki, yeni silah tədarükünün davam etdirilməsi Baydenin Ukraynaya verdiyi vəddir. ABŞ Müdafiə Nazirliyi də hər həftə yardım paketləri göndərərək bu vədi yerinə yetirməyə davam edir:

“Müdafiə naziri Ostin ehtiyatların kritik səviyyələrə qədər tükənməsinə icazə verməyəcək. Beləliklə, biz öz ehtiyatlarımızı artırmağa davam etdikcə, siz Ukraynaya vəsait və silah axınının şahidi olacaqsınız”.

Teqlər: