Rusiyanı təcavüzə görə cəzalandırmaq üçün birgə işləməyə hazır olan Ukrayna tərəfdaşlarının dairəsi genişlənir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılmasına hazırlaşan qrupa qoşulduğuna görə Avstriya və İrlandiyaya təşəkkür edən Zelenski təcavüz nəticəsində törədilmiş cinayətlərdə təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsinin kifayət olmadığını vurğulayıb:
“Həm də bu müharibənin bütün cinayətlərinə səbəb olanları kifayət qədər ədalətli və qanuni şəkildə cəzalandırmaq lazımdır. Xüsusi tribunal bunu təmin edəcək. Hər gün onun yaradılmasını daha da yaxınlaşdırırıq”.