Ukrayna hər gün 100-ə qədər hərbçi itirir, yaralıların sayı isə gündəlik 1500-ə qədər çata bilir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Ukraynanın qələbəsi naminə müdafiə üçün çalışan hər kəs vahid komandadır. Və bizim ümumi məqsədimiz nə qədər çətin olsa da, Rusiyanı məğlub etməkdir”, – Reznikov bildirib.
Qeyd edək ki, bundan öncə Prezident Zelenski gündəlik itkilərin 60-100 arasında, yaralıların isə 500 civarında olduğunu bildirmişdi.