Hər bir ştamdan sonra insanlar arasında arxayınlıq yaranır – Teymur Musayev

Xəbər - Humay Ağacanova – Trend:

Hazırda mövcud olan dalğanı dəf edərək kiçik itkilərlər başa vurmaq üçün lazımı tədbirlər görülür.

Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə AzerTimes-ın sualını cavab olaraq bildirib.

O qeyd edib ki, virus yüksək sürətlə mutasiyaya uğrayır və bu necə aradan qaldırılacaq bilinmir.

“Çünki hər ştamın klinik gedişatı fərqli olur. Hər bir ştamdan sonra insanlar arasında arxayınlıq yaranır. Buna görə də insanlar qapalı məkanlarda maskadan istifadə etməli və gigiyenik qaydalara riayət etməlidir. ” – deyə o əlavə edib.

Teqlər: