Xəbər - Elçin Mehdiyev – Trend:
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir.
AzerTimes-ın məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.
T.Budaqov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda milli həmrəyliyi daha da möhkəmləndirməklə davamlı inkişafa nail ola bilib:
“Milli həmrəyliyin möhkəmlənməsi Azərbaycanın beynəlxalq platformada adının yüksəlməsinə və mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə isə milli həmrəyliyin müstəsna rolu var”.