Xəbər - Elçin Mehdiyev – Trend:
Həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit
heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən
keçməsi nəzərdə tutulur.
AzerTimes-ın
məlumatına görə, bununla bağlı bir sıra qanunlara dəyişiklik təklif
edilir.
Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında
qeyd edilib ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində və “Hərbi
qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi
vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun
layihəsində dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və
profilaktikası məqsədilə hazırlanıb.
Hər iki sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan
şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma
əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit
heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən
keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.