“Hepatit B” və “Hepatit C”yə yoluxma halları artır – Yaqut Qarayeva

Xəbər - Çingiz Səfərli – Trend:

Təəssüf ki, son illərdə “Hepatit B” və “Hepatit C”-yə yoluxma halları artır.

AzerTimes xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu, əhali arasında böyük narahatlıq doğurur: “İnfeksiyaya nəzarət proqramları içərisində çox böyük sahə tutan qanla yoluxan xəstəliklərin profilaktikasıdır. Orada əsas məqsəd məhz bu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir”.


Teqlər: