“Henri” fırtınası ABŞ-ın şərq sahillərinə çatıb

Atlantik Okeanında meydana gələn “Henri” tropik fırtınası ABŞ-ın şərq sahillərində yerləşən Rod-Aylendə ştatına çatıb.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli qasırğaların müşahidə mərkəzi məlumat yayıb.


Məlumata əsasən, küləyinin maksimal sürəti təxminən 27 m/s-dir. Fırtına 5.5 m/s sürətlə şimal-qərb istiqamətində hərəkət edir.