Həmyerlimizə Rusiyada yüksək vəzifə verildi

Həmyerlimizə Rusiyada yüksək vəzifə verildi

Həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Mayis Məmmədov Novosibirsk vilayətinin Qanunverici Məclisinin sədr müavini seçilib.

AzerTimes xəbər verir ki, səsvermədə deputatların böyük əksəriyyəti onun namizədliyinin lehinə səs verib.

1965-ci il mayın 2-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulan deputat uzun illər Novosibirsk vilayətində tikinti sahəsində iş adamı kimi tanınıb və “Birinci inşaat fondu” MMC-nin baş direktorudur.

“Birinci inşaat fondu” Novosibirskin inşaat bazarında lider mövqelərdən birini tutur.

Mayis Məmmədov vilayətin ictimai həyatında fəal iştirak edir. O, Novosibirsk Dövlət Memarlıq-inşaat Universitetinin Qəyyumluq şurasının üzvüdür, “İnşaatçıların regional işgüzar klubu” qeyri-kommersiya tərəfdaşlığına rəhbərlik edir.

Mayis Məmmədov həmçinin regional ictimai təşkilat “Rus-Azərbaycan evi”nin yaradılmasının təşəbbüskarı olub.

Teqlər: