Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
Sabah Azərbaycan xalqı böyük hüznlə Xocalı soyqırımının 29-cu ildönümünü anacaq.
AzerTimes-ın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Assambleyanın qış sessiyasında deyib.
O bildirib ki, bu günədək 16 ölkə və ABŞ-ın 22 ştatı bu hadisəni soyqırımı akt kimi tanıyıb və hər il bu say artmaqda davam edir. Onun sözlərinə görə, Azərbaycanda prokurorluq bu dəhşətli cinayətlə bağlı çoxsaylı sübutlar toplayıb, amma təəssüf ki, beynəlxalq dəstək olmadığı üçün bu faciədə günahkar olan şəxslər nəinki azadlıqdadır, hətta Ermənistan hökumətində yüksək vəzifələr tutur:
“Mən ayrı-ayrı ölkələri, ATƏT və digər təşkilatları Azərbaycan xalqı ilə həmrəy olmağa, cinayətkarların məsuliyyətə cəlb olunması üzrə tədbirləri dəstəkləməyə çağırıram”.
A.Quliyev əlavə edib ki, ATƏT Minsk qrupunun həmsədrləri Azərbaycanın azad edilmiş ərazilərinin rekonstruksiyasına və post-münaqişə bərpasına dəstək göstərməlidir.