Xəbər - Fərid Zöhrabov – Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsindəki fərdi yaşayış evlərindən birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Ərkivan qəsəbə sakini E.Tahirov olduğu müəyyə edilib. Oğurlanan qızıl-zinət əşyalarından bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.