Həmkəndlisinin evindən oğurluq edən Masallı sakini saxlanılıb (FOTO)

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilindiyi üçün saxlanılan şəxsin oğurluq əməlinin də üstü
açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən rayonun Musaküçə kənd sakini Xəqani Mamedov
saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin
aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış
tədbirləri ilə həmin şəxsin oğurluq əməlinin də üstü açılıb.

Belə ki, Xəqani Mamedovun gecə saatlarında həmkəndlisinə məxsus
yaşayış evindən ümumi dəyəri 1500 manat olan 1 ədəd televizor və 1
ədəd noutbuk oğurladığı müəyyən edilib. Oğurlanan əşyalar
aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır

Teqlər: