Həmkəndlilərinin evindən oğurluq edən Masallı sakinləri
saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus
yaşayış evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda
şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini
F.Əbilov saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin daha iki
yaşayış evindən ümumilikdə 1400 manat dəyərində müxtəlif növ məişət
əşyaları oğurladığı müəyyən edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər
əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlilərinin evindən
oğurluq etməkdə şübhəli bilinən daha bir sakini, Türkoba kənd
sakini M.Cəfərov saxlanılıb. Araşdırmalarla onun iki yaşayış
evindən ümumilikdə 1500 manat dəyərində məişət əşyaları oğurladığı
müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.