Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini
saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Cəlilabad
rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat
dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət
daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli
kənd sakini Ə.Hüseynov saxlanılıb.
Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1000 manat
dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.