Həmişə uduzanda azarkeş problem axtarır – Byazi

Həmişə uduzanda azarkeş problem axtarır – Byazi

25 oyun keçirmişik, 7-si evdə olub və əksəriyyəti güclü komandalara qarşı. Hamısında məğlub olmuşuq. Amma bizdən çox güclü komandalarla oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq. İlk iki oyunda çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməliyik.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasında Slovakiyaya məğlubiyyətdən (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hamımız yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Amma görünür ki, asan deyil. Günahkar axtarmaq düzgün deyil. Çox gözəl sualdır. Mən də istərdim kimlərinsə səhvlərindən danışım. Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər”, – Byazi qeyd edib.

Teqlər: