Həmin vaxt 253 azərbaycanlı Ermənistana aparılıb

Həmin vaxt 253 azərbaycanlı Ermənistana aparılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı həmin dövrdə bizə daxil olan məlumatlara görə 872 nəfərin ermənilər tərəfindən sağ-salamat şəkildə əsir götürülməsi və girov saxlanılması faktı məlumdur.

AzerTimes xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində deyib.

E.Səmədov bildirib ki, Ermənistan azərbaycanlıların girov saxlanılmasını dəfələrlə inkar edib:

“Bilavasitə hadisə şahidlərinin, o zaman azad olunmuş şəxslərdən verilən məlumatlarda da bununla bağlı qeyd olunur. Məlumata görə, onların müəyyən hissəsi, təxminən 253 nəfəri həmin vaxt Ermənistana aparılıb.

Birinci Qarabağ müharinəsində atəşkəs ərəfəsində,həm də indi həmin şəxsər haqqında məlumatların Azərbaycan tərəfində təqdim olunması ilə bağlı beynəlxqlq səviyyədə dəfələrlə müraciət edilib. Çoxsaylı müraciətlərə baxmayaraq qarşı tərəf onların Ermənistanda saxlanılmasını inkar etmişdi”.

Teqlər: