Hemilton Qətər Qran Prisinin qalibi olub

“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula 1” üzrə Qətər Qran Prisinin qalibi olub.

AzerTimes-ın məlumatına görə, yarışı ikinci yerdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, çüncü yerdə isə “Alpine” komandasının ispaniyalı Fernando Alonso başa vurub.

Qeyd edək ki, “Formula 1”-in növbəti mərhələsi Səudiyyə Ərəbistanında keçiriləcək.

Teqlər: