Uzun illər depressiya ilə mübarizə aparmışam.
AzerTimes xəbər verir ki, bunu “Mersedes”in britaniyalı pilotu Luis Hemilton “Tayms”a açıqlamasında deyib.
Onun sözlərinə görə, problemləri yeniyetməlik yaşlarından başlayıb:
“Düşünürəm ki, bu, məktəbdəki irq təzyiqi və zorakılıqla əlaqədardır. Danışacaq kimsəm yox idi”.
Hemilton psixoloqla işlədiyini, amma bunun da ona kömək etmədiyini deyib.
Formula-1 pilotu hazırda probleminin olmadığını bildirib.