Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Hazırda İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin oğlu Məcid Nuri İsveçdə saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi onun ailəsinə istinadən məlumat yayıb.

“Atamla görüşə gedən qardaşımdan saatlarla xəbərsiz olandan sonra bildik ki, Məcid İsveç polisi tərəfindən həbs olunub. Hadisənin təfərrüatını bilmirik”, – bacısı Atiyə Nuri deyib.

Məcid Nuri bundan əvvəl mediaya açıqlamasında atasına İsveç həbsxanasında işgəncə edildiyini iddia etmişdi.

Qeyd edək ki, Həmid Nuri 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbusun edamındakı roluna görə 2019-cu ilin noyabrında İsveçə səfəri zamanı həbs edilib. İsveç məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib və hazırda Stokholm həbsxanasında saxlanılır.

Teqlər: