Həmədanda sosial media fəalları həbs edildi

Həmədanda sosial media fəalları həbs edildi

Yanvarın 3-də Kirman şəhərində baş verən partlayışlarla əlaqədar paylaşım edən 10 nəfər həmədanlı sosial media fəalı həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın media qurumları məlumat yayıb.

Sosial media fəallarının yanvarın 3-də Kirmanda baş verən partlayışlarla bağlı təhqiramiz ifadələr işlətdiklərinə görə saxlanıldığı bildirilib.

Kimliyi açıqlanmayan fəalların barələrində cinayət işinin açıldığı və məhkəmə orqanlarına təhvil verildiyi qeyd edilib.

Teqlər: