HƏMAS və “Fəth” razılığa gələ bilmədi

HƏMAS və “Fəth” razılığa gələ bilmədi

Oktyabrın 9-da Misirin paytaxtı Qahirədə danışıqlar aparan Fələstinin iki əsas hərəkatı – HƏMAS və “Fəth”, orada döyüşlər bitdikdən sonra Qəzza zolağının necə idarə olunması ilə bağlı razılığa gələ bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı məlumat yayıb .

Məlumata görə, iki aparıcı fraksiya nəzarət məntəqəsi, səhiyyə, mənzil, sosial inkişaf və təhsilə nəzarət edən komitənin mexanizmini müzakirə edirlər.

Bildirilib ki, danışıqlar oktyabrın 10-da davam edəcək.

Teqlər: