HƏMAS və FƏTH barışdı – İsrail sərt tənqid etdi

HƏMAS və FƏTH barışdı – İsrail sərt tənqid etdi

Pekində HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi imzalanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Pekində keçirilən mətbuat konfransında HƏMAS-ın yüksək rütbəli rəsmisi Musa Əbu Mərzuk bildirib ki, bu gün milli birlik sazişi imzalayırıq, bu məsələni başa çatdırmağın tək yolu milli birlikdir.

İsrailin xarici işlər naziri İsrail Katz isə FƏTH rəhbəri və Fələstin muxtariyyətinin Prezidenti Mahmud Abbası HƏMAS ilə əməkdaşlıq etdiyinə görə sərt tənqid edib.

“Mahmud Abbas terroru rədd etmək əvəzinə HƏMAS-ın qatillərini və təcavüzkarlarını qucaqlayır, əsl üzünü açır”, – o bildirib.

Teqlər: