Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının “İzzəddin Əl-Qəssam Briqadaları” döyüş qanadı İsrailin Tel-Əviv və Aşdod şəhərləri istiqamətində onlarla raket buraxdığını elan edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin “Donia Al-Watan” radiostansiyası xəbər yayıb.
Xatırladaq ki, daha əvvəl “İzzəddin Əl-Qəssam Briqadaları”nın rəhbəri iki saatlıq Təl-Əvivin atəşə tutulmasının dayandırıldığını açıqlamışdı.