HƏMAS silahlıları israilli generalı əsir götürdü

HƏMAS silahlıları israilli generalı əsir götürdü

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

AzerTimes xəbər verir ki, bu barədə İranın “Hamshahri” saytı məlumat yayıb.

Bildirilib ki, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Məlumata görə, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Qeyd edək ki, generalın evi Fələstinlə sərhəddə yerləşir.

Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Teqlər: