HƏMAS-ın Siyasi Bürosunun rəhbərinin müavini Saleh əl-Aruri Livan parlamentinin sədri Nəbih Berri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, görüş zamanı HƏMAS və İsrail arasında davam edən münaqişə və Qəzzaya humanitar yardımın buraxılması barədə müzakirələr aparılıb.